Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərən, verilən tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən hərbçilərdən biri də Novruzov Faiq Hüseyn oğludur.
Ordubad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin əməkdaşları Birinci Qarabağ döyüşlərində itkin düşən qəhrəman hərbçimizin doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər. Görüş zamanı qəhrəmanın göstərdiyi igidlik, Vətənə olan sonsuz sevgisi və onun mübarizə ruhu xüsusi vurğulanıb. Ailə üzvləri ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu bir daha xatırlanıb, onun Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıqların hər zaman yaddaşlarda yaşayacağı qeyd olunub. Ziyarətçilər şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətin daim diqqət mərkəzində olduğunu bildiriblər.
Şəhidimizin ailə üzvləri göstərilən diqqət və ehtirama görə ölkə rəhbərliyinə və dövlətimizə təşəkkürlərini ifadə edib, övladlarının Vətən uğrunda mübarizəsinin hər zaman fəxrlə yad edildiyini vurğulayıblar.