ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid Quliyev Azər Məhərrəm oğlunun xatirəsi anılıb

Ordubad rayonunun Dırnıs kənd qəbiristanlığında Ağdam döyüş bölgəsində şəhidlik zirvəsinə ucalmış Quliyev Azər Məhərrəm oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçmiş Azər Quliyevin keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildirilib ki, şəhidimiz  öz rəşadətli xidməti ilə gənclərə örnək olub, qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Çıxışlarda ölkə rəhbərliyinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər qeyd edilib.

Daha sonra Dırnıs kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.