ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid Səbuhi Şəfiyevin anım günü qeyd olunub

 

Mayın 22-də Ordubad rayonunun Behrud kəndində şəhid Şəfiyev Səbuhi Fərman oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir şəhidin dəfn olunduğu kənd qəbiristanlığında təşkil olunub.

Anım mərasimində Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon Polis Şöbəsinin əməkdaşları, kənd sakinləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid Səbuhi Şəfiyevin şərəfli həyat yolundan bəhs edərək, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin daim xalqımızın yaddaşında yaşayacağını bildiriblər. Şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Sonda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş  vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.