ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid Xəlilli Namiq Həsən oğlunun xatirəsinə anım tədbiri keçirilib

  44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Xəlilli Namiq Həsən oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azadkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, şəhidimizin ruhuna dualar oxunub.

 Tədbirdə çıxışlar dinlənilib, çıxış edənlər şəhidimizin həyatı və döyüş yolu barədə məlumat veriblər. Qazanılmış tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edilib. Dövlətimizin şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının hər zaman ön planda olduğu vurğulanıb.

  Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.