“Sağlam ailə, sağlam cəmiyyət” mövzusunda tədbir keçirilib

        May ayının 15-də Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sağlam ailə, sağlam cəmiyyət” mövzusunda tədbir keçirilib. Əkbər Ağayev adına Ordubad şəhər 3 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə rayonun yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Əfqan Hüseynov, Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasının həkim-terapevti Nigar Səfərova, Ordubad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru Aqil Seyidov, psixoloq Ayxan Hüseynli, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin məsləhətçi-hüquqşünası Nəcmin Əlverdiyev, şəhər 3 saylı tam orta məktəbin direktoru Anar Həsənov çıxış ediblər.

Çıxış edənlər gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, fəsadları haqqında ətraflı söhbət açaraq yeniyetmələr arasında maarifləndirmə işini həyata keçiriblər. 

Sonra müvafiq mövzu ilə bağlı hazırlanmış sənədli videoçarxa baxış olub. 

Tədbir daha sonra şagirdlər və valideynlərlə diskussiya şəklində davam etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.