Şanlı Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 4-cü ildönümü münasibətilə "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarında “Şəhidlər Bağı”nın salınması mərasimi baş tutub. 10 noyabr 2024-cü il tarixdə keçirilən mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları da yaxından iştirak ediblər.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşəbbüsü ilə baş tutan keçirilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində güclənən ordumuzun düşməni kapitulyasiyaya məcbur etməsindən, şəhid ailələri və qazilərin dövlət qayğısı ilə əhatə olunmasından, qəhrəman döyüşçülərimizin xatirəsinin əbədiləşdirilməsindən bəhs ediblər.
Mərasimdə ictimaiyyət nümayəndələri və şəhid ailələri də iştirak ediblər. Aksiya çərçivəsində 500-ə yaxın ərik və gilas tingi əkilib.