25 iyun 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Ordubad rayonu Azadkənd kəndində “Taxıl biçini və tədarükü dövründə taxıl sahələrində yanğın hadisələrinin qarşısının alınması, biçindən sonra saman küləşlərinin götürülməsi, torpaqların növəti taxıl əkini üçün şumlanması, həmçinin sahələrdə görüləcək aqrotexniki tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Burada qeyd olunan istiqamətlər üzrə geniş məlumat verilərək mövzu ilə bağlı suallar cavablandırılıb.
Tədbirdə icra nümayəndələri, bələdiyyələr, taxıl istehsalçıları, texnikaçılar iştirak ediblər.