“Taxıl yığımı və tədarükü” mövzusunda tədbir keçirilib

     17 iyul 2024-cü il tarixdə Ordubad Rayon İca Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Taxıl Məhsulları MMC-nin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “taxıl yığımı və tədarükü” mövzusunda tədbir keçirilib. Tədbirdə əkin zamanı aqrotexniki qulluq qaydaları, məhsul keyfiyyətinin artırılması üçün müəyyən tədbirlərin aparılması, yığım zamanı məhsulların keyfiyyət növlərinə görə müxtəlif qiymətlərlə sahibkarlardan alınması yollarından bəhs olunub, həmçinin yüksək keyfiyyətli un məhsullarının əldə edilməsi və digər əlaqədar mövzular haqqında fikir mübadiləsi aparılıb.  

       Sonda kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sualları təşkilatçılar  tərəfindən ətraflı şəkildə cavablandırılıb.