
44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Budaqov Rufiz Şirzad oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşları, elədə də ictimaiyyət nümayəndələri iştirak ediblər
Tədbirdə şəhidimizin şərəfli döyüş yolu haqqında geniş məlumat verilib, ruhuna dualar oxunub. Çıxış edənlər bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş igid Vətən övladlarının əziz xatirəsi xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad olunur. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir
Tədbir çərçivəsində məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

