Tivi kəndində şəhidin xatirəsi anılıb

Ordubad rayonunun Tivi kəndində şəhid Ramin Ənvər oğlu Əliyevin doğum günü münasibətilə tədbir keçirilib.

Tədbir şəhidin məzarı önündə – Tivi kənd qəbiristanlığında təşkil olunub. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə güllər düzüb, ruhuna dualar oxuyublar. Anım mərasimində Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon Polis Şöbəsinin nümayəndələri, kənd sakinləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şəhid Ramin Əliyevin həyat yolundan bəhs edib, onun göstərdiyi igidlik nümunəsinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.