29 aprel 2024-cü il tarixdə Ordubad Rayon Nüsnüs kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin akt zalında Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Elçin Hüseynov, Nüsnüs Kənd İcra Nümayəndəsi Vüqar Nəcəfov, Nüsnüs kənd tam orta məktəbinin direktoru Kamal Lütvəliyev, məktəbin müəllimlərindən Arzu Salehova və Aydan Hüseynova, kənd Mədəniyyət evinin direktoru Oruc Əliyev, Nüsnüs kənd ziyalıları Ulu Öndərin həyat fəaliyyəti, dövlətçilik irsi, azərbaycançılıq ideologiyası, təhsil və mədəniyyət sahələrində atılan mütərəqqi addımlardan, vətəndaşlara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bədii hissədə məktəblilər müxtəlif vaxtlarda dahi şəxsiyyətə həsr olunmuş şeir parçaları səsləndiriblər.