
09 avqust 2019-cu il tarixdə “Soyuqdağ” yüksəkliyində hərbi xidmət vəzifələrini icra edən zaman şəhidlik zirvəsinə ucalan Yusifov Vüsal Nizami oğlunun anım tədbiri keçirilib, xatirəsi yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Unus kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Həmçinin, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin, şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının davamı olaraq Ordubad rayonunda da sistemli işlərin görüldüyü diqqətə çatdırılıb.
Məktəblilər tərəfindən şəhidin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.











