Oktyabr ayının 27-də Vələver kənd İcra Nümayəndəliyinin və Vələver kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ordubad rayonun Vələver kəndində “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vələver kənd inzibari ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov, Vələver kənd tam orta məktəbin dərs hissə müdiri Sənəm Xüdaverdiyeva, məktəbin təşkilatçısı Xəyalə Həsənova, məktəbin müəllimi Ələkbər Ağayev mövzu ilə bağlı çıxış ediblər.
Sonda məktəbin şagirdləri Ümummili Liderə və Prezidentə həsr olunmuş şeirlər səsləndiriblər.