Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilib

   Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən müsabiqənin B növü üzrə 1 vəzifə müsahibəyə çıxarılıb.

  Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il tarixinədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər.

   Ordubad Rayon İcra Hakimiyyəti başçısının Gənzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, baş məsləhətçi - baş mühasib (1 yer)

   https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562