ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Xanağa kəndində şəhid Sadiqov Ramilin xatirəsi yad edildi

 Şərur rayonunun Cağazir(Şahbulaq) kəndi yaxınlığında hərbi xidməti vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksələn Sadiqov Ramil Zakir oğlunun anım günü ilə əlaqədar Ordubad rayonunun Xanağa kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin əməkdaşları, eləcə də, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

  Tədbirdə şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, çıxışlar dinlənilib. İştirakçılar şəhidimizin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

    Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.