ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Xanağa və Kələntər Dizə kəndlərində şəhidlərin xatirəsi yad edildi

Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rzayev  Etibar  Qürbət oğlunun və Şərur rayonunun Cağazir(Şahbulaq) kəndi yaxınlığında hərbi xidməti vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksələn Sadiqov Ramil Zakir oğlunun mövludu günü ilə əlaqədar Ordubad rayonunun Kələntər Dizə  və Xanağa kəndlərində anım tədbirləri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin əməkdaşları, eləcə də, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

  Tədbirlərdə şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. iştirakçılar onların əziz xatirələrini yad ediblər. Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.