ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tivi kəndində şəhid Bədrəddin Quliyevin xatirəsi yad olundu

    Ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı 24 yanvar 1994-cü il tarixdə Fizuli rayonunda şəhidlik zirvəsinə ucalan Quliyev Bədrəddin Əşrəf oğlunun doğum günü ilə əlaqədar Tivi kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Tivi kəndində şəhidlərimizin xatirəsinə ucaldılan Abidə ziyarət edilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib.

     Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Məktəblilər tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.