"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində həyata keçirilən tədbirlər davam edir

        2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda növbəti ağacəkmə aksiyası təşkil edilib.

       19 oktyabr tarixində keçirilən aksiyada Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli, eləcə də idarə, müəssisə və təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ordubad-Naxçıvan magistral yolunun ətrafında salınan bağlarda yeni ağac tingləri əkilib, ərazidə olan alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Aksiyada yüksək fəallıq müşahidə olunub.

       Ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayon ərazisində salınan bağ və parkların ərazisi suvarılıb, məişət və digər növ tullantılar təmizlənib. Qeyd edək ki, rayonda yaşıl mühitin qorunması və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.