17 avqust 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan yaşıllıq sahələrində mühafizə və abadlıq işləri görülüb. 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində bağlarda və yolkənarında bitən alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağac və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Yaşıllıq zolaqları və parklarda suvarma işi davam etdirilib. Ümumi təmizlik işləri aparılaraq ərazidə olan tullantılar təyinatı üzrə müvafiq yerlərə daşınıb.
Ekoloji davamlılığın saxlanması, yaşıllıq zonalarının bərpası və genişləndirilməsi məqsədilə həyata keçirilən abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.