Yaşıllıq zolaqlarında abadlaşdırma tədbirləri həyata keçirilib

2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli”  elan olunması çərçivəsində 20 iyul 2024-cü il tarixdə Ordubad rayonunda salınan yaşıllıq zolaqları və digər bağ sahələrində abadlaşdırma aksiyası keçirilib. Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və yaşıllıq zolaqlarının bərpası istiqamətində həyata keçirilən aksiya rayonun bütün ərazilərini, xüsusən Ordubad-Naxçıvan magistral yolunun hər iki tərəfini əhatə edib. Bağlarda və yolkənarı ərazilərdə alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib.

Abadlaşdırma işləri zamanı əkilən bağlarda suvarma işləri də həyata keçirilib. Aksiyada rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər.