03 avqust 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan yaşıllıq zolaqlarında növbəti abadlıq işləri həyata keçirilib. 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində görülən işlərin davamı olaraq rayonun yaşıllıq zolaqları və yolkənarı ərazilərində alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağac və çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib.
Ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə keçirilən aksiyada yaşıllıqlar suvarılıb. Ərazidə olan tullantılar təmizlənib. Abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər.