Yaşıllıqlara mövsümi qulluq işləri davam edir

      05 oktyabr 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan bağ və parklarda yaşıllıqlara növbəti qulluq işləri həyata keçirilib. 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması, eləcə də bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri çərçivəsində görülən ekoloji tədbirlərin davamı olaraq Ordubad rayonu ərazisində əkilən bağlarda abadlıq işləri görülüb, alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib.

      Ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayon ərazisində salınan bağ və parkların ərazisi suvarılıb, məişət və digər növ tullantılar təmizlənib. Abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər. Qeyd edək ki, rayonda yaşıl mühitin qorunması və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.