2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində 10 avqust 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan yaşıllıq sahələrində növbəti abadlıq işləri həyata keçirilib. Görülən işlər nəticəsində yaşıllıq əraziləri və yolkənarında bitən alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağac və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Müxtəlif növ tullantılar ərazidən təmizlənib. Həmçinin bağlarda və parklarda suvarma işi görülüb.
Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və yaşıllıq zolaqlarının bərpası istiqamətində həyata keçirilən abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.