“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünə start verildi

Liderlik potensialını göstərməyin əsl vaxtıdır. #BuBirİşarədir, elə indi qeydiyyatdan keç, əsl idarəçi olduğunu hər kəsə göstər.

“Yüksəliş” müsabiqəsinin iştirak şərtləri ilə tanış olun.

1. Azərbaycan Respublikasının vətəndaşı olmaq: Müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

2. Yaş məhdudiyyəti: 21-51 yaş aralığında olan şəxslər müsabiqəyə müraciət edə bilərlər.

3. Ali təhsil: Müsabiqədə iştirak etmək üçün namizədlərin ali təhsilli olması vacibdir.

4. Əmək fəaliyyəti təcrübəsi: Ən azı 2 il idarəetmə təcrübəsinə malik olmaq müsabiqənin əsas şərtlərindən biridir.

Şərtlərə uyğun gələn hər kəs 10 aprel tarixinədək müsabiqədə iştirak etmək üçün müraciət edə bilər.

Qeydiyyat linki:
https://yukselish.az/profile/register