ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

ULU ÖNDƏR ORDUBADDA

      Ümummilli Lider Heydər Əliyevin Ordubad rayonuna səfərləri Azərbaycan tarixində mühüm ictimai-siyasi əhəmiyyət daşıyan hadisələrdən olmuşdur. Bu səfərlər Ordubad rayonuna, onun insanlarına olan dərin sevgisinin, milli-mənəvi dəyərlərə bağlılığının və xalqla daim ünsiyyətdə olmasının parlaq təzahürü kimi tarixə düşmüşdür.

       1980-ci ildə Ümummilli Lider Heydər Əliyev Ordubad rayonuna səfəri zamanı Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstü önündə rayon əhalisi ilə görüş keçirmişdir. Bu görüş zamanı Ulu Öndərin qəhrəmanlıq, vətənpərvərlik və gənc nəslin milli ruhda tərbiyəsi mövzusundakı nitqi Ordubad sakinləri tərəfindən böyük hörmət və ehtiramla qarşılanmışdır. Səfər çərçivəsində Heydər Əliyev rayonun bir sıra müəssisələrində, təsərrüfat sahələrində olmuş, burada rayon ziyalıları və zəhmətkeşləri ilə də görüşərək onların problemləri, sosial-məişət şəraiti və gələcək inkişaf perspektivləri ilə maraqlanmış, dəyərli tövsiyələrini vermişdir. 

 

     1991-ci ildə Azərbaycanın mürəkkəb və taleyüklü bir dövründə Ümummilli Lider Heydər Əliyev Ordubad rayonunda şəhid Abbasov Əşrəf Tağı oğlu və şəhid Xəlilov Xəlil Xuduş oğlunun dəfn mərasimində iştirak etmişdir. Bu mərasimdə iştirak Ulu Öndərin xalqla birliyinin, şəhid ailələrinə mənəvi dəstəyinin və Vətən uğrunda canlarını fəda edən oğulların xatirəsinə göstərdiyi yüksək ehtiramın bariz nümunəsi olmuşdur. Heydər Əliyev çıxışlarında şəhidlərin qəhrəmanlığını xüsusi vurğulamış, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.