ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

      14 iyul 1969-cu il Azərbaycanın müasir tarixinə sadəcə bir rəhbər dəyişikliyi kimi deyil, bütöv bir milli intibah dövrünün başlanğıcı kimi həkk olunub. Bu tarix, Azərbaycanın müstəqilliyinə gedən yolun iqtisadi, mədəni və sosial təməllərinin atıldığı dönüş nöqtəsidir.

       Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən başlayan rəhbərliyi Azərbaycanı geridə qalmış aqrar ölkədən nəhəng sənaye mərkəzinə çevirməklə yanaşı, gələcək müstəqilliyimizin hərtərəfli iqtisadi, hərbi, intellektual və mənəvi təməllərini qoydu. Bu tarixi mərhələdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkədə güclü sənaye sıçrayışına rəvac verdi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə milli hərbi kadrlarımızın formalaşdırılmasının əsası qoyuldu və yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu universitetlərində təhsil alması təmin edilərək güclü mütəxəssis potensialı yaradıldı. Bütün bunlarla paralel olaraq, ana dilimizin dövlət səviyyəsində qorunması və milli-mənəvi dəyərlərə sahib çıxılması xalqın milli azadlıq və müstəqillik ruhunu diri saxlayaraq Azərbaycanı bugünkü suveren tərəqqiyə hazırlayan ən mühüm dönüş nöqtəsi oldu. Bu tarixdən etibarən ölkəmiz özünün intibah dövrünə qədəm qoydu. O illərdə yaradılan güclü potensial 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ayaqda qalmasında və daha da güclənməsində ən böyük dayaq oldu.