
Anım günü ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbər şəxsləri və əməkdaşları, bələdiyyə sədrləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti tərəfindən Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi dərin hörmət və ehtiramla anılıb.










