
8 Noyabr – Zəfər Günü münasibətilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev şəhid ailələrini ziyarət edib.
Görüşlər zamanı şəhidlərin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların gündəlik qayğıları və müraciətləri dinlənilib, sosial vəziyyətləri ilə maraqlanılıb.
Nurlan Hacıyev Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək tariximizin şanlı səhifəsini yazan şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.




