ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

8 Noyabr – Zəfər Günü münasibətilə Ordubad rayonunda ağacəkmə aksiyası keçirilib

       8 Noyabr – Zəfər Günü münasibətilə Ordubad rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə ağacəkmə aksiyası təşkil olunub.

       Aksiyada Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, icra nümayəndəliklərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

       Aksiya çərçivəsində Naxçıvan–Ordubad magistral yolunun Ordubad rayonu ərazisindən keçən hissəsində, rayonun digər yaşayış məntəqələrində 1020 ədəd müxtəlif növ meyvə tingi əkilib. Bununla yanaşı, əkilən tinglərə və mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, suvarma işləri həyata keçirilib.

       Qeyd edək ki, bu cür tədbirlər rayon ərazisində yaşıllıq sahələrinin artırılmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyası da bu istiqamətdə görülən işlərə mühüm töhfədir.