ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Anım Günü ilə əlaqədar olaraq Ordubad şəhəri və kəndlərdə Şəhid məzarları ziyarət olunub

27 Sentyabr – Anım Günündə şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbər şəxsləri və əməkdaşları, bələdiyyə sədrləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti tərəfindən Ordubad rayonunun yaşayış məntəqələri olan Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus, Üstüpü, Sabirkənd, Kələntər Dizə, Behrud, Tivi, Ağrı, Dəstə, Xanağa, Başkənd, Qoruqlar, Gənzə və Yuxarı Əndəmic kəndlərində, həmçinin Ordubad şəhər qəbiristanlığında yerləşən Şəhid məzarları ziyarət edilib.

Ziyarətlər zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub və onların Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib.