ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Başkənddə şəhid Babayev Emin Əli oğlunun xatirəsi yad edildi

       Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan Babayev Emin Əli oğlunun xatirəsi yad olunub. Başkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçılar, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

      Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub. 

         Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.