ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Behrud kəndində şəhid Orxan İsmayılovun xatirəsi yad edildi

    23 dekabr 1995-ci il tarixdə Ordubad rayonunun Kilit kəndində şəhidlik zirvəsinə ucalan İsmayılov Orxan Baba oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Behrud kəndində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət gostərən müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

     Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhid ailələrinə mənəvi dəstək ifadə olunub.