ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Behrud kəndində şəhid Rzayev Cəmil Novruz oğlunun anım tədbiri keçirildi

Ordubad rayonunun Behrud kəndində şəhid Rzayev Cəmil Novruz oğlunun xatirəsi yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Behrud kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Behrud kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

    Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi qeyd olunub, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.