ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Behrud kəndində şəhid Şəfiyev Səbuhi Fərman oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı 22 may 1996-cı il tarixdə şəhidlik zirvəsinə ucalmış Şəfiyev Səbuhi Fərman oğlunun xatirəsi ehtiramla yad edilib və anım tədbiri keçirilib. Behrud kəndində şəhidimizin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

     Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və kənd ictimaiyyəti iştirak ediblər. Mərasimdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.

     İcra başçısı Rəcəb Rəhimli çıxış edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qəhrəmanlarımızın göstərdiyi şücaətin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu, qazilərimizin və müharibə iştirakçılarının fədakarlığının isə Zəfər tariximizin ən dəyərli səhifələrini təşkil etdiyini vurğulayıb. Çıxışda ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması və suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulduğu, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

   Daha sonra çıxış edən digər iştirakçılar şəhid Səbuhi Şəfiyevin həyatı və şərəfli döyüş yolu barədə ətraflı məlumat veriblər. Sonda məktəbliləri tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.