
2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata bəyanatla çıxış etmişlər. Prezidenti İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır
Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə sürətlə inkişaf edir və hazırda ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu səfər çərçivəsində keçirilən görüşlər iki ölkə arasında əlaqələrin dinamik xarakter daşıdığını bir daha təsdiqləyir. Görüş zamanı həm ikitərəfli münasibətlər, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İqtisadi əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Çexiyadan Azərbaycana böyük iş adamları heyətinin səfəri və təşkil olunan biznes forum çərçivəsində yeni layihələrin müzakirəsi üçün geniş imkanlar yaradılıb. Mövcud layihələrə yenidən baxılıb və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarını ötüb və tərəflər bu göstəricinin daha da artırılmasında maraqlıdır. Eyni zamanda, ticarət balansının daha tarazlı olması və iqtisadi əlaqələrin strukturunun təkmilləşdirilməsi əsas hədəflərdən biridir.
Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan uzun illərdir ki, Çexiya və ümumilikdə Avropa üçün etibarlı enerji tərəfdaşı kimi tanınır. Azərbaycan enerji resurslarını ixrac edən ölkə kimi Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini bir daha təsdiqləyir. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın daha genişmiqyaslı və uzunmüddətli formada davam etdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq da önəmli istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu sahədə uzun illərdir davam edən əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur. Çexiya ilə birgə istehsal, texnologiya mübadiləsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində konkret addımlar müzakirə olunur. Azərbaycanın müdafiə sənayesinin inkişafı və daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından bu əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Səfər çərçivəsində digər sahələr üzrə də fikir mübadiləsi aparılıb və hökumətlərarası əməkdaşlıq mexanizmlərinin daha da fəallaşdırılması məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın tezliklə növbəti iclasının keçirilməsi və əldə olunan razılaşmaların praktik müstəviyə keçirilməsi planlaşdırılır.
Ümumilikdə, bu səfər Azərbaycan ilə Çexiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərir. Qarşılıqlı etimad və əməkdaşlıq ruhu gələcəkdə yeni layihələrin həyata keçirilməsinə və əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.










