
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında bildirib ki, 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi.
Lakin bütün bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır.
Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır.
Ölkəmizin başçısı vurğulayıb ki, nisbətən kiçik ölkədə doqquz iqlim qurşağının olması, yaxşı mətbəxi, qonaqpərvər insanları və bu gün keçirilən Formula 1 yarışı, ənənəvi UFC turnirləri və bir çox digər tədbirlər kimi mühüm hadisələr. Bütün bu amillər insan kapitalına, infrastruktura, süni intellektə, iqtisadiyyatın digər sektorlarına yatırılacaq daha çox investisiyalara gətirib çıxaracaq və bu kimi tədbirlərin əhəmiyyəti də ölkə daxilində təqdimatını keçirməkdir.
Qeyd olunub ki, bu gün iki mühüm müqavilə imzalanacaq. Biri böyük potensiala malik olan qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə “Exxon” şirkəti ilə bağlanılacaq müqavilədir. Kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər.
Qazla bağlı biz bu gün yenə də Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “Total” şirkəti ilə müqavilə imzalayacağıq. Bu da Azərbaycanda qaz hasilatını üç-dörd il müddətində əlavə 5 milyard kubmetr artıracaqdır. Builki Bakı Enerji Həftəsində digər müqavilələr də imzalanmışdır. Odur ki, neft və qaz hələ də ən cəlbedici investisiya sahələrindən biri kimi investisiyaların həcmi nöqteyi-nəzərindən ən böyük seqment olacaqdır. Bu, uzun müddət belə olacaq.

