ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dəstə kəndində şəhid Əliyev Əli Ədib oğlunun xatirəsi yad olundu

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan Əliyev Əli Ədib oğlunun xatirəsi ehtiramla yad edilib. Dəstə kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub.  Şəhidimizin doğum günü ilə əlaqədar keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.  

   Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpəvərlik mövzusunda şeirlər səsləndirilib.