Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və müstəqilliyinin qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Əliyev Əli Ədib oğlunun anım günü ilə əlaqədar Dəstə kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Dəstə kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəstə kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı qeyd edilib, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.