02 oktyabr 2020-ci il tarixdə Cəbrayılın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan kapitan Nəcəfov Vüqar Aydın oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda Vüqar Nəcəfovun Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açılıb. Qeyd olunub ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların əziz xatirəsinin daim uca tutulması hər birimizin mənəvi borcudur.
Bildirilib ki, şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli və müraciətlərinin diqqətdə saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sonda məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
0