ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Fariz Həsənovun anım günü keçirildi

     Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, suverenliyimizin qorunması zamanı şəhidlik zirvəsinə ucalan Həsənov Fariz Sabir oğlunun anım günü ilə əlaqədar Dırnıs kəndində tədbir keçirilib. 18 may 2026-cı il tarixdə Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Dırnıs kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunaraq üzərinə tər güllər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

      Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib,   müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulanıb. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

  Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.