ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Quliyev Sərxan Elxan oğlunun xatirəsi yad edildi

Şərur rayonunun Havuş kəndi yaxınlığında hərbi xidməti vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksələn Quliyev Sərxan Elxan oğlunun mövludu günü ilə əlaqədar Ordubad rayonunun Dırnıs kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.  

   Çıxışlarda vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb, həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

     Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.