ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Xudayarov Elnur Rza oğlunun xatirəsi yad olundu

     Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı 23 oktyabr 1993-cü il tarixdə şəhidlik zirvəsinə ucalan Xudayarov Elnur Rza oğlunun doğum günü ilə əlaqədar olaraq tədbir keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.

     Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhid ailələrinə mənəvi dəstək ifadə olunub.   

     Məktəblilər tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.