Ordubad rayonunun Düylün kəndində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış Rzayev Surxay İsa oğlunun əziz xatirəsi ehtiramla yad edilib. 19 may 2026-cı il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Düylün kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib, həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısı vurğulanıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub.
Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.