ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Erken nikah ve qan qohumluğu nikahlarının fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib

Vələver kənd tam orta məktəbində "Erken nikah ve qan qohumluğu nikahlarının fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələr arasında erkən nikahın və qohumluq əsasında qurulan nikahların yaratdığı fəsadlar, yeniyetmələrin təhsildən yayınması və onların gələcək həyatlarına təsiri barədə məlumat vermək, sosial, psixoloji və sağlamlıq problemləri barədə məlumatlılığı artırmaq olub.

Sağlam, savadlı və güclü gəncliyin formalaşmasına dəstək vermək, yeniyetmələrin düzgün qərar verməsində və sağlam gələcək qurmasına köməklik məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin əməkdaşları çıxış ediblər. Çıxışlarda erkən nikahın həm hüquqi, həm də sosial baxımdan yaratdığı problemlərdən bəhs olunub. Həmçinin erkən nikahın uşaqların sağlamlığına, psixoloji durumuna və gələcək karyera imkanlarına mənfi təsir göstərdiyi yeniyetmələrin diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.