
18 may – 18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan olunması çərçivəsində Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri təşkil edilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Maarifləndirmə tədbiri 9–11-ci sinif şagirdləri üçün “Çağırışçıların hərbi xidmət vəzifələri” mövzusuna həsr olunub. Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin əməkdaşları hərbi xidmətin əhəmiyyəti, qanunvericiliklə müəyyən edilmiş öhdəliklər barədə ətraflı məlumat verib. Həmçinin dövlətin gənclərlə bağlı apardığı siyasət, onların hüquq və vəzifələri, vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda məktəbin direktoru çıxış edərək təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.

