ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

     2023-cü ilin oktyabr ayının 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Mart ayının 18-də Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmə mərasimi keçirilib. Suqovuşan kəndində məscidin açılışı olub.

              2025-ci ilin avqust ayının 21-də Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq olub. Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş keçirilib.

      2026-cı ilin yanvar ayının 13-də 13.01.2026 Çapar kəndində görülmüş işlərlə tanışlıq olub. “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, Heyvalı və Çıldıran kəndlərində görülmüş işlərlə tanışlıq, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq, Aşağı Oratağ kəndində görülmüş işlərlə tanışlıq olub. Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüş keçirilib. Ağdərə şəhərinin Baş planı ilə tanışlıq olub.  Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi keçirilib.