ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr

Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, təməlqoyma mərasimlərində, açılış mərasimlərində, aparılan bərpa, inşaat, tikinti işləri ilə tanışlıq mərasimlərində iştirak etmiş, Ağdam Cümə məscidini ziyarət etmiş, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuşdur.

2020-ci ilin noyabr ayının 23-də Ağdam şəhərində Dövlət Bayrağını ucaltmış, dağıdılmış Ağdam Cümə məscidini ziyarət etmişdir.

 2021-ci ilin may ayının 28-də Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, ilk yaşayış binasının təməlqoyma, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etmiş, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalası ilə tanış olmuşdur.

2022-ci ilin fevral ayının 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Hotel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak etmiş, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanış olmuşdur. Oktyabr ayının 4-də Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış olub, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimində iştirak edib.

2023-cü ilin oktyabr ayının 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Dekabr ayının 24-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılış, Ağdam şəhərində salınacaq beşinci və dördüncü yaşayış kompleksinin, Ağdam şəhər Mərkəzi parkının, Qiyaslı kəndinin, Baş Qərvənd kəndinin, Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimlərində iştirak edib. Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri, Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində, Bərdə-Ağdam avtomobil yolunun açılış mərasimində iştirak edib.

2024-cü ilin aprel ayının 25-də Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri, Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə naharı baş tutub. Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə, Ağdam Konfrans Mərkəzi ilə tanış olub. Ağdamda Şahbulaq qalasına baxış keçirib. Ağdam Cümə məscidinin bərpadan sonra açılış, Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak edib. May ayının 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Sentyabr ayının19-da Eyvazxanbəyli kəndinin, Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimlərində iştirak edib. Kəngərli kəndində aparılan bərpa işləri, Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların və Ağdam şəhərində İmarət Kompleksinin, “Aghdam City Hotel”in açılışında iştirak edib. Ağdamın Xıdırlı kəndində, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub.

2025-ci ilin fevral ayının 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, Ağdam şəhərində 2-ci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Mart ayının 27-də Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışı olub. May ayının 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin, Kəngərli kənd tam orta məktəbinin binasının, Ağdam Muğam Mərkəzinin, Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə, Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edilmə mərasimində iştirak edib. İyul ayının 3-də Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyib, Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar. İyul ayının 18-də  Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Dekabr ayının 23-24-də Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin, Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılış, Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. Ağdamda 2-ci yaşayış kompleksinin açılışı və buraya köçən sakinlərlə görüş keçirib.

2026-cı ilin iyul ayının 14-də Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar. Noyabr ayının 7-də  Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə ilə tanış olub. Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin, Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.