ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərləri

2023-cü ilin oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Kərkicahan qəsəbəsinə baxış keçirilib. Noyabr ayının 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Dekabr ayının 21-də Xankəndidə “Qarabağ”-MOİK oyununu izləyib. 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş keçirib.

2024-cü ilin fevral ayının 7-də  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər. Mart ayının 18-də Xankəndi şəhərində Novruz tonqalı alovlandırılıb. İyul ayının 5-də Qarabağ Universitetində görülən işlərlə tanış olub. Əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı, Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi, əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışı olub. Sentyabr ayının 19-da “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq, 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı, Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıq olub. Sentyabr ayının 20-də Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı, Qarabağ Universitetinin təmirdən sonra açılışı olub.

2025-ci ilin fevral ayının 19-da “Bulud” hotelinin açılışı, Zəfər parkının təməlqoyma mərasimi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq olub. İyul ayının 3-4-də Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi, Zəfər parkında görülən tikinti işləri ilə tanışlıq olub. İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib. “Xankəndi” Biznes Mərkəzinin, Xankəndi Konqres Mərkəzinin açılışı olub. Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış keçirilib. Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq olub. İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib, Pakistanın Baş naziri ilə görüşüb. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib. İyul ayının 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib. Sentyabr ayının 14-də Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olub. Dekabr ayının 23-24-də Xankəndinin Kərkicahan qəsəbəsinə baxış keçirib. Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub. Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüş keçirilib. Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlqoyma mərasimi, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışı olub. Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının Zəfər parkının açılışı olub.

2026-cı ilin may ayının 28-də əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışı. İyul ayının 11-də “Xankəndi” hotelinin açılışı olub. İyul ayının 14-də Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib.