ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalıya səfərləri

2023-cü ilin iyul ayının 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərin ilə tanışlıq olub. Oktyabr ayının 15-də Xocalı şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Əsgəran qalasına və əraziyə baxış keçirilib. Dekabr ayının 20-22-də Şuşakənd kəndinin ərazisinə, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad, Pirlər kəndlərinə baxış keçirilib.

2024-cü ilin fevral ayının 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. May ayının 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq olub. Xocalı şəhərinə köçən sakinlərlə görüş keçirilib. İyul ayının 5-də Xocalı hava limanına baxış keçirilib.

2025-ci ilin fevral ayının 18-19-da Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq, Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq olub, kəndə köçən bir qrup sakinlə görüş keçirilib. May ayının 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub. İyul ayının 18-də Təzəbinə kəndində görülən işlərlə tanışlıq, Xocalı kərpic zavodunun açılışı olub. Xanyurdu kəndində sakinlərlə görüş keçirilib. Sentyabr ayının 14-15-də Şuşakənd kəndinə baxış, Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Seyidbəyli kəndinə baxış, Daşbulaq kəndində tut bağında görülən işlərlə tanışlıq, Daşbulaq və Badara kəndlərinə baxış olub. Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş keçirilib. Dekabr ayının 23-də Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı olub.

 

2026-cı ilin fevral ayının 26-da Xanabad kəndində görülən işlərlə tanışlıq, Xocalı Soyqırımı Memorialının açılışı olub. May ayının 28-də Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq, “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı olub.