
2021-ci ilin yanvar ayının 14-də Xocavənd rayonunun Böyük Tağlar kəndi ilə tanışlıq olub. Mart ayının 15-də Edilli və Düdükçü kəndi ilə tanışlıq olub. Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılıb. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Hünərli kəndində qədim Alban məbədinə, Tuğ kəndində dağıdılmış məktəb binasına, qədim Alban məbədinə baxış, Tuğ kəndinin mərkəzi və Azıx kəndində Azıx mağarası ilə tanışlıq olub. İyun ayının 14-də Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi olub. Oktyabr ayının 9-da Hadrut qəsəbəsində yeni məscidin təməlqoyma mərasimi, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq, “Hadrut” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi olub. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib, rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndi ilə tanışlıq olub. Dekabr ayının 24-də Hadrut qəsəbəsində hərbi hissənin açılışı olub.
2023-cü ilin may ayının 5-də Tuğ kəndində İnzibati Mərkəzin, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq, salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub. Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib. İnzibati mərkəzin təməlqoyma mərasimi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. Oktyabr ayının 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Dekabr ayının 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış keçirilib.
2025-ci ilin sentyabr ayının 14-də Hadrut qəsəbəsinə baxış keçirilib. Hadrut qəsəbəsində məscidin açılışı olub. Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə baxış keçirilib. Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş keçirilib.
2026-cı ilin fevral ayının 25-də Xocavənd kəndində və Xocavənd şəhərində görülən işlərlə tanışlıq olub. Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüş keçirilib. Mart ayının 18-də Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq olub. İyul ayının 11-də Quzeyxırman kəndinə baxış keçirilib.